Ana içeriğe atla

Yuri Qaqarin: “Bütün dünyanı lərzəyə gətirən səyahət”



 
 
Yuri Qaqarin: “Bütün dünyanı lərzəyə gətirən səyahət”
 
gagarin
Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı

Yuri Qaqarin: “Dünyanı lərzəyə gətirən səyahət”
Pol Rinkon, BBC-nin elmi müxbiri
Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı.
Bu uçuşu Qərbdə bir çoxları Sovet İttifaqının növbəti təbliğatı kimi qarşıladılar.

Bundan əvvəl 1957-ci ildə Sovetlər kosmosa ilk “Sputnik” peykini buraxmışdılar.
Apollon 16 kosmik gəmisi ilə Aya uçmuş astronavt Çarlz Dyuk deyir ki, Qaqarin kosmosa uçanda o, Almaniyada F-102 qırırcısında xidmət edirdi və onlar kosmosdan daha çox Berlin Hasarının tikintisi barədə düşünürdülər.
“Bu xəbəri eşidəndə, - deyir Amerikalı, - beynimdən ilk keçən bu oldu ki, onlar bizi yenə də ötdülər”.
O zamankı Sovet lideri Nikita Xruşşovun oğlu Sergey BBC-yə bildirib ki, “Biz fəxr edirdik, lakin o vaxt bunun nə qədər əhəmiyyətli bir hadisə olduğunu dərk etmirdik. Bu daha bir uçuş, daha bir nailiyyət idi”.
“Start”
map

“Lap əvvəldən qərara alınmışdı ki, Qaqarin uçuşu idarə etməyəcək”.
Bunu BBC-nin 1958-1975-ci illərdə aerofəza üzrə müxbiri Reginald Törnil deyir.
O Qaqarinin Moskvada Qırmızı Meydanda necə təm-təraqla qarşılandığını yaxşı xatırlayır.
Sergey Xruşşov isə bildirir ki, Moskvalıların bu hadisəyə münasibətini yalnız 9 May Qələbə Günü ilə müqayisə etmək olardı.
Soyuq Müharibə illərində bu cür “birincilər” təbliğat aləti idi və texnologiyalarda kimin meydan suladığını göstərməli idi.
Lakin Sovet və Amerika kosmik proqramlarının memarları çox yüksək ambisiyalara malik idilər və insanları Günəş Sisteminə səyahətə göndərmək barədə düşünürdülər.
Onlar əvvəlcə təcrübəni heyvanların üzərində aparırdılar.
Bir neçə uğursuz cəhdə baxmayaraq bu təcrübələr insanın kosmosa səyahətinin mümkünlüyünü isbat edirdi.
Baykonur
İlk kosmik uçuş 1961-ci ildə Aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan başladı.
Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 19 kosmonavtdan biri idi.
Sonradan bu siyahı daha da qısaldılmış, orada yalnız iki nəfərin – Yuri Qaqarin və Gürman Titovun adları qalmışdı.
İki nəfərdən Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi.
Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı idi.
Bununla belə, qeyd edirlər ki, hər halda əsas rolu kosmonavtın hazırlığı oynaya bilərdi.
1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi.
O Redstone adlı raketlə 1961-ci ilin Mayında uçmalı idi.
Sovetlər bundan xəbərsiz idilər, lakin Sovet Kosmik Proqramının baş alimi Sergey Korolyov, Amerikalıların birinci olacağından həmişə narahat idi.
khruschev
Brejnev illərində sələfinin bu fotosu qadağan edilmişdi

“Getdik”
Beləliklə, 1961-ci il Aprelin 12-də 27 yaşlı Yuri Qaqarin 30 metrlik raketin içərisində startı gözləyirdi.
O vaxt hələ Baykonur Tyaratam adlanırdı.
Yerli vaxtla saat 09:07-də start verilərkən Qaqarin tarixə düşəcək bir kəlmə dedi: “Poyexali” – Getdik.
Qaqarin Sakit Okeanın üzərində Yerin qaranlıq tərəfinə keçdi.
O Günəşin doğduğunu gördü.
Bəstəboylu Qaqarin darısqal kameraya ən uyğun gələn pilot idi.
Qaqarinin Yerlə kommunikasiyasının yazısına baxanda onun kapsulun illüminatorundan planetmizin gözəlliyindən necə şoka düşdüyü bəlli olur.
Lakin çox az adam bilir ki, Yuri Qaqarin raketi “sürmürdü”, onu Yerdən sürürdülər.
BBC-nin qocaman müxbiri Reginald Törnhil deyir ki, Qaqarin uçanda hələ alimlər çəkisizliyin insan orqanizminə necə təsir edəcəyini bilmirdilər.
Qayıdış
capsule
Kürə kimi qızmış kapsulun içində Qaqarin az qala huşunu itirmişdi.

Qaqarin raketi idarə etməsə də, hər ehtimala qarşı ona zərfin içində idarəetmə kodlarını vermişdilər.
Yuri Qaqarinin özü danışırdı ki, uçuş vaxtı qətiyyən həyacan keçirmirdi.
Lakin sonralar bu missiyanın fəlakətə nə qədər yaxın olduğu bilindi.
Qaqarinin Yerə qayıtması üçün pilot kamerasının xidmət modulundan qopması lazım idi.
Lakin bu, texniki qüsur üzündən baş verməmişdi.
Odur ki, Qaqarinin kapsulu Yerin atmosferinə daxil olanda əlavə modulla yüklü idi.
Kosmonavt kapsul hələ torpağa toxunmamış oradan çıxa bilmişdi.
Kürə kimi qızmış kapsulun içində Qaqarin az qala huşunu itirmişdi.
O sonralar belə xatırlayırdı: “Mən yerə doğru şığıyan od buludunun içində idim. Kabellərin yanması və nəhayət modulun qopması 10 dəqiqəyədək çəkdi”.
Qaqarin bundan bir qədər əvvəl paraşütlə Volqa sahilinə atıldı.
Kosmosa adi fəhlə balası kimi uçan gənc Yerə ən məşhur insan kimi qayıtdı.
Sovet şəhərlərinin küçələri, saraylar və pioneer evləri Yuri Qaqarinin adını daşımağa başladı.
Onun doğulub böyüdüyü Qjatsk da adını dəyişməli oldu.
Moskvada hava limanında Qaqarini onun yolunu gözləyən Nikita Xruşşov bağrına basdı.
Qonşu qonşuya baxar
kennedy
“Bütün məqsəd Qərbin burnunu ovmaq idi, -deyirdi Kennedi, - bizi ipləmə yerinə qoymuşdular”.

İndi Sovet İttifaqının, necə deyərlər, “cavabını vermək” növbəsi gənc prezident Con F Kennedinin üzərinə düşürdü.
“Bütün məqsəd Qərbin burnunu ovmaq idi, -deyirdi Kennedi, - bizi ipləmə yerinə qoymuşdular”.
Sonralar Qaqarindən soruşanda ki, doğrudanmı o, kapsuldan paraşütlə atılmalı olub, belə cavab verirdi: “Enmə uğurla keçdi. Mənin indi sizin qarşıdınızda olmağım bu uğuru göstərir”.
Bu uçuş həm də iki superdövlət arasında kosmos yarışının bünövrəsini qoydu.
Kennedi vise-prezident Lindon Consona bu işlə şəxsən məşğul olmağı tapşırmışdı.
O, isə deyirdi ki, ABŞ-ın SSRİ-dən geri qalmağı çox təhlükəlidir.
İndi bu, artıq tarixə çevrilib.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İnsan skeleti

İnsan skeleti İnsan skeleti İnsan skeleti, sümüklərdən ibarətdir və bağlar (ligamanlar), şüaları (tendon), əzələlər, qığırdaqları və digər orqanlar tərəfindən dəstəklənir. Skelet sabit və dəyişməz deyil; tərkibi həyat boyunca dəyişir. Hamiləliyin erkən dövrlərində, döl sərt bir skeletə malik deyil, rəhmin içindəki doqquz ay boyunca sümüklər yavaşca meydana gələr, yetkinləşər. Doğumda, bütün sümüklər meydana gəlmişdir, lakin yeni doğulmuş bir körpə bir yetişkinden daha çox sümüyə malikdir. Ortalama olaraq, yetkin bir insan 206 sümüyə malikdir (Gray Anatomisi'ne görə, yenə də sayı fərddən fərdə kiçik nisbətlərdə dəyişiklik göstərər), halbuki bir körpə 300-dən çox sümüklə doğulur. Fərqin səbəbi böyümə əsnasında bir-biriylə kaynayacak olan kiçik kemiklerdir. sümüklər; qısa, uzun və yastı sümüklər olaraq şəkillərinə görə üçə ayrılar. Canlılarda daxili və xarici olmaq üzrə iki tip skelet vardır. Xarici skelet: Bədənin xarici qisimində tapılar, üzərində heç bir bədən örtüyü tapılmaz. Üzvi...

Bulutlar

Bulut,  atmosferdeki  su buharının, yükseklerde  yoğunlaşmas  ile meydana gelen çok küçük su damlacıklarına verilen ad. Su damlacıklarının çok küçük olması sebebi ile bulutların taşıdıkları su miktarları, metreküp başına birkaç gramı geçmez. Bulutlar, gökyüzünde devamlı olarak hareket ederler.   Dünya 'da yoğunlaşan madde su buharıdır. Bu da, küçük su damlacıklarını, genellikle 0.01 mm buz kristallerini oluştururur. Milyarlarca damlacık ve  kristallerin  beraber durmasıyla bulut olarak görünürler. Bulutlar tüm görünür dalga boyutlarını yansıtır ve genellikle beyazdır fakat gri veya siyah olarak görünebilirler. Siyah görünmelerinin sebebi, çok kalın veya yoğun olması ile güneş ışığının geçmesine izin vermemesindendir.  Bulutların meydana gelişleri aynı olmakla beraber şekilleri ve hacimleri bakımından aralarında büyük farklar vardır. Bulutların sınıflandırılmasında esas olarak dört tip kabul edilmiştir:  a - Sirüs, b - Stratus, c - Kümülüs, d ...

Günəş sistemi

Günəş sistemi Alm. Sonnensystem (m), Fr. Systeme (m) Solaire, İng. Solar system. Günəş və peykləri ilə birlikdə planetlər, quyruqlu ulduzlar və meteor axınları da daxil olmaq üzrə, onun ətrafında dönən göy cisimləri. Günəş və günəş ətrafında dolanan göy cisimlərindən meydana gəlir. Günəş sistemində planet, peyk, quyruqlu ulduz və meteor tapılar. Günəş sisteminin formalaşması ilə əlaqədar ən çox bilinən nəzəriyyə Kant-Lapslace nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə günəş sistemi əvvəl bir nebula (qızğın qaz kütləsi) idi. Daha sonra nebula soyuduqca kiçildi və oxu ətrafındakı fırlanma sürəti artdı. Beləcə mərkəz neçə qüvvətinin təsiriylə günəşdən qopan parçalar kosmosa yayıldı. Günəş Sistemində olan bütün göy cisimləri Günəşin cazibə təsiri altındadır və onun ətrafında fırlanırlar. Bu hərəkət, diqqət nöqtələrinin birində Günəş yer alan ellips şəklindəki bir orbit üzərində olmaqdadır. Günəş Sistemi, tamamilə və eyni istiqamətdə dönən bir disk şəklində hərəkət halındadır. Günəş Sisteminin dia...