Ana içeriğe atla

Çernobıl faciəsi haqqında 5 ən böyük mif

1986-cı ildə baş vermis Çernobıl nüvə qəzasının yaratdığı şok və narahatlıq müxtəlif miflərin yaranmasına səbəb olub.
Bəşər tarixində insan tərəfindən törədilmiş ən pis qəza ukraynalılarda qorxulu mutant heyvanların yaşadığı böyük biyabanlıq, insanların yalnız böyük miqdarda alkoqollu içkilər istehlak etməsi hesabına sağ qala bilməsi, qadağan zonasının yüksək radiasiyaya görə yox, hansısa gizli psixotrop silah mərkəzi üçün qoyulduğu barədə təsəvvürlər yaradıb.
Nüvə stansiyası ətrafında radiasiyaya məruz qalmış sahənin son 30 ildə elmi şəkildə
araşdırılması bir çox ən geniş yayılmış miflərin dağılmasına kömək edib.
1-ci mif: Qadağan zonasındakı radiasiya heyvanlarda mutasiyaya səbəb olaraq heyrətamiz şəkildə güclü və öldürücü qüdrətə malik əcinnələr yaradıb. Bu heyvanlardan çoxunun ya ayaqlarından biri, ya başı, ya da quyruğu yoxdur və sair.
Alimlər buna bənzər heç nə tapa bilməyiblər. Sonsuz sayda quş və heyvan 26 aprel patlayışlarının dərhal ardınca qırılıb. Davamlı radiasiyanın yalnız bəzi əlamətləri nəzərə çarpır. Yüksək radiasiya olan yerlərdə cırtdan ağaclar buna misal ola bilər. Bir də yüksək dərəcədə cesium-137 ilə şüalanmış heyvanlar qeydə alınıb.
2-ci mif: Radiasiya heç əvvəldən təhlükəli olmayıb, çünki bu ərazidə çox sayda canavar, ceyran, porsuq, qaban və sair heyvanlar yaşayır.
Araşdırmalar göstərir ki, bu ərazidə əlbəttə vəhşi təbiət guşəsi yaranıb. Lakin burada çox sayda heyvanın yaşaması onların insan tərəfindən narahat edilməməsi ilə bağlıdır. İnsan məskunlaşması, ovçuluq, əkinçilik və meşəçilik bəzən radiasiyadan daha böyük ziyan vurur.
3-cü mif: Radiasiyanın zəhərli təsirini araq, şərab və ya böyük həcmlərdə pivə içməklə azaltmaq mümkündür.
Sərt spirtli içkilərin qoruyucu effektə malik olması barədə elmi dəlillər yoxdur. Bununla belə, alimlər aşkar ediblər ki, qırmızı çaxırın tərkibində olan təbii antioksidant – resveratrol, hüceyrələri radiasiyanın vurduğu zərərdən qoruya bilir.
4-cü mif: Radiasiyanın insanlara qorxulu təsiri olmayıb. 30 kilometrlik radiusu olan qadağan zonası tezliklə açılacaq, burada təbiət qoruğu yaradılacaq və yaşıl turizm gəlhagəli yaşanacaq.
Ötən il Ukrayna hökuməti qadağan zonasının 10 kilometrədək “daraldılması” məsələsinə baxıb. Lakin müxtəlif səbəblərə görə bundan bir şey çıxmayıb. Alimlər deyirlər ki, 30 kilometrlik radiasiya qurşağında şüalanma hələ də güclüdür və buna görə də bu ərazi insanlar üçün 20 min il müddətində təhlükəli olacaq.
5-ci mif: Çernobıl stansiyasının ətrafındakı qadağan zonası radiasiyanın yayılmasının qarşısının alınması üçün yox, yüksək məxfilikli psixotrop silah mərkəzinin gizlədilməsi məqsədilə yaradılıb. Onun üzərindəki radarı hələ də görmək mümkündür.
Burada, nüvə stansiyasının yaxınlığında, həqiqətən də sovet dövründə Duga-1 ballistik raketlərdən müdafiə erkən xəbərdarlıq qurğusu olub. Bu qurğu 2500 kilometrlik məsafədən atılan ballistik raketlərin aşkarlanmasına imkan verirdi. Lakin aprelin 26-da baş vermiş nüvə qəzasından sonra Sovet hökuməti qurğunun dağıdılmasına sərəncam vermişdi.

Yorumlar

Bu blogdaki popüler yayınlar

İnsan skeleti

İnsan skeleti İnsan skeleti İnsan skeleti, sümüklərdən ibarətdir və bağlar (ligamanlar), şüaları (tendon), əzələlər, qığırdaqları və digər orqanlar tərəfindən dəstəklənir. Skelet sabit və dəyişməz deyil; tərkibi həyat boyunca dəyişir. Hamiləliyin erkən dövrlərində, döl sərt bir skeletə malik deyil, rəhmin içindəki doqquz ay boyunca sümüklər yavaşca meydana gələr, yetkinləşər. Doğumda, bütün sümüklər meydana gəlmişdir, lakin yeni doğulmuş bir körpə bir yetişkinden daha çox sümüyə malikdir. Ortalama olaraq, yetkin bir insan 206 sümüyə malikdir (Gray Anatomisi'ne görə, yenə də sayı fərddən fərdə kiçik nisbətlərdə dəyişiklik göstərər), halbuki bir körpə 300-dən çox sümüklə doğulur. Fərqin səbəbi böyümə əsnasında bir-biriylə kaynayacak olan kiçik kemiklerdir. sümüklər; qısa, uzun və yastı sümüklər olaraq şəkillərinə görə üçə ayrılar. Canlılarda daxili və xarici olmaq üzrə iki tip skelet vardır. Xarici skelet: Bədənin xarici qisimində tapılar, üzərində heç bir bədən örtüyü tapılmaz. Üzvi...

Bulutlar

Bulut,  atmosferdeki  su buharının, yükseklerde  yoğunlaşmas  ile meydana gelen çok küçük su damlacıklarına verilen ad. Su damlacıklarının çok küçük olması sebebi ile bulutların taşıdıkları su miktarları, metreküp başına birkaç gramı geçmez. Bulutlar, gökyüzünde devamlı olarak hareket ederler.   Dünya 'da yoğunlaşan madde su buharıdır. Bu da, küçük su damlacıklarını, genellikle 0.01 mm buz kristallerini oluştururur. Milyarlarca damlacık ve  kristallerin  beraber durmasıyla bulut olarak görünürler. Bulutlar tüm görünür dalga boyutlarını yansıtır ve genellikle beyazdır fakat gri veya siyah olarak görünebilirler. Siyah görünmelerinin sebebi, çok kalın veya yoğun olması ile güneş ışığının geçmesine izin vermemesindendir.  Bulutların meydana gelişleri aynı olmakla beraber şekilleri ve hacimleri bakımından aralarında büyük farklar vardır. Bulutların sınıflandırılmasında esas olarak dört tip kabul edilmiştir:  a - Sirüs, b - Stratus, c - Kümülüs, d ...

alov nece yaranir

Nə qədərdə su heyatdi desekde bizim bu yasadigimiz dunyada susuz, alovsuz kecinmek olmur qişda isinmek ucun yemek bisirmek ucun  ve s . Gorduyunuz kimi her sey  bir birinden zencirvari asili olaraq gedir ele bu qanona oygunlu zencirvari reaksiyada oldugu kimi bu basqa sefere  amma biz indi alovdan danisaq). Alov, yanan bir maddə və onu oksitleyen bir maddənin yüksək dərəcədə ekzotermik reaksiyaya girməsi nəticəsində yaranan digər bir təyin yanan maddələrin işıqlı davamı, atəş parçası. Alov, rəngi və istilik dərəcəsi yaxan və yanan maddələrin növündən asılıdır. Nümunə olaraq bir çaxmaq və onun alovlandırdığı şamın alovu eynidir.